Türkiyə millisinin üzvünün

Türkiyə millisinin üzvünün "İnter"ə transferi rəsmiləşdi

"Milan"dan ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Çalhanoğlu 2020/2021 mövsümündə "Milan"da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi iyunun 30-da başa çatır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR