Türkiyə Super Liqası başlayır – Təqvim açıqlandı

Türkiyə Super Liqası başlayır – Təqvim açıqlandı

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Sport7.az xəbər verir ki, iclasda Super Liqanın taleyi ilə bağlı son qərar verib. Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib.
Həmin gün "Göztəpə” "Trabzonspor”u qəbul edəcək. "Kayserispor” isə "Fənərbaxça”nın qonağı olacaq.

Bir gün sonra "Beşiktaş” "Antalyaspor”u sınağa çəkəcək. "Rizəspor” – "Qalatasaray” qarşılaşması isə iyunun 14-ə təyin olunub.

Artıq kubokun yarımfinalının cavab oyunlarının tarixi də açıqlanıb. İyunun 16-da "Fənərbaxça” – "Trabzonspor”, iyunun 18-də isə "Alanyaspor” – "Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR