Türkiyə Superliqasından ayrılacaq ilk klub müəyyənləşdi

Türkiyə Superliqasından ayrılacaq ilk klub müəyyənləşdi

Türkiyə Superliqasını tərk edəcək ilk klub müəyyənləşib.

Sport7.az xəbər verir ki, çempionatın 37-ci turunda öz meydanında "Rizespor"a uduzan (0:1) "Denizlispor"un növbəti mövsüm elitadan kənarda qalacağı dəqiqləşib.

28 xalla turnir cədvəlinin sonuncu - 21-ci pilləsində qərarlaşan Dənizli təmsilçisinin 17-ci pillədə qərarlaşan "Kayserispor"la xal fərqi 10-a yüksəlib. Bu isə o deməkdir ki, komanda son 3 turun nəticəsindən asılı olmayaraq elitanı tərk edəcək.

2019-2020 mövsümündə Superliqaya yüksələn Denizlispor yenidən TFF 1-ci liqada mübarizə aparacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR