Türkiyə və Ukrayna Avropanı təəccübləndirdi

Türkiyə və Ukrayna Avropanı təəccübləndirdi

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələyə start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 5 qrupda 12 oyun keçirilib. Açılış oyununda Türkiyənin Niderlandı 4:2 hesabı ilə yendiyi G qrupunda Norveç səfərdə Cəbəllütariqi darmadağın edib - 0:3. Latviya isə evdə Monteneqroya uduzub - 1:2.

Azərbaycan millisinin Portuqaliyaya səfərdə 0:1 hesabı ilə uduzduğu A qrupunda daha bir rəsmi oyun Serbiya və İrlandiya milliləri arasında olub. Görüş meydan sahiblərinin minimal fərqli qələbəsi ilə yekunlaşıb - 3:2. Mübarizəyə müsabiqədənkənar qatılan DÇ-2022-nin ev sahibi Qətər isə Lüksemburqu minimal hesabla yenib - 1:0.

D qrupunda Fransa Ukrayna üzərində qələbə qazana bilməyib - 1:1. Finlandiya - Bosniya və Herseqovina görüşündə də heç-heçə qeydə alınıb - 2:2.
E qrupunda Belçika evdə Uelsə 3:1, Çexiya isə səfərdə Estoniyaya 6:2 hesabı ilə qalib gəlib.

H qrupunda Rusiya səfərdə Maltanı 3:1, Sloveniya evdə Xorvatiyanı 1:0 hesabı ilə yenib. Kipr - Slovakiya görüşü isə hesabın açılmadığı yeganə oyun olub.

DÇ-2022-nin seçmə mərhələsi, I tur

24 mart

A qrupu

21:00. Qətər - Lüksemburq - 1:0
Qol: Məhəmməd Muntari, 12

23:45. Portuqaliya - Azərbaycan - 1:0
Qol: Maksim Medvedev, 36 (öz qapısına)

23:45. Serbiya - İrlandiya - 3:2
Qollar: Duşan Vlaxoviç, 40. Aleksandar Mitroviç, 69; 75 - Alan Braun, 18. Ceyms Kollinz, 86

D qrupu

23:45. Finlandiya - Bosniya və Herseqovina - 2:2
Qollar: Teemu Pikki, 58; 77 - Miralem Pyaniç, 55. Miroslav Stevanoviç, 84

23:45. Fransa - Ukrayna - 1:1
Qollar: Antuan Qrizmann, 19 - Presnel Kimpembe, 57 (öz qapısına)

E qrupu

23:45. Belçika - Uels - 3:1
Qollar: Kevin De Bruyne, 22. Torqan Azar, 28. Romelu Lukaku, 73 - Harri Uilson, 11

23:45. Estoniya - Çexiya - 2:6 
Qollar: Rauno Sappinen, 12. Henri Anier, 86 - Patrik Şik, 18. Antonin Barak, 27. Tomaş Souçek, 32; 43; 48. Yakub Yankto, 56

G qrupu

21:00. Türkiyə - Niderland - 4:2
Qollar: Burak Yılmaz, 15; 34 (pen.); 81, Hakan Çalhanoğlu, 46 - Devi Klaassen, 75. Lük de Yonq, 77
Dəqiq yerinə yetirilməmiş penalti: Memfis Depay, 90+5 (Niderland)

23:45. Cəbəllütariq - Norveç - 0:3
Qollar: Aleksander Sörlot, 43. Kristian Torstvedt, 45. Yunas Svensson, 57

23:45. Latviya - Monteneqro - 1:2
Qollar: Yanis İkaunieks, 40 - Stevan Yovetiç, 41; 83

H qrupu

23:45. Kipr - Slovakiya - 0:0

23:45. Malta - Rusiya - 1:3
Qollar: Cozef Mbonq, 56 - Artyom Dzyuba, 23. Mario Fernandes, 35. Aleksandr Sobolev, 90

23:45. Sloveniya - Xorvatiya - 1:0
Qol: Sandi Lovriç, 15

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR