Türkiyənin Uelslə qarşılaşmasında 10 qol...

Türkiyənin Uelslə qarşılaşmasında 10 qol...

Bu gün qardaş Türkiyə millisi Bakıda vacib oyun keçirəcək.

Sport7.az xəbər verir ki, AVRO 2020-nin A qrupunun II turunda açılış qarşılaşması Türkiyə və Uels milliləri arasında keçiriləcək.

Bu rəqiblər 24 il aradan sonra yenidən qarşılaşacaqlar. Belə ki, Türkiyə millisi sonuncu dəfə 1997-ci ilin 20 avqustunda Uelslə qarşılaşıb. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda keçirilən həmin oyun 6:4 hesabıyla yekunlaşıb.
 
İndiyə qədər Türkiyə və Uels milliləri 6 dəfə qarşılaşıb. Bu oyunların üçündə Türkiyə məğlubiyyətə üzülüb, ikisində qalibiyyətə sevinib. Bir oyun 0:0 hesabıyla başa çatıb.

Bu günkü qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR