UEFA bütün klublara pul ayırdı,

UEFA bütün klublara pul ayırdı, "Qarabağ"a yox

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib. 

Sport7.az xəbər verir ki, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib. Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. 

Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb. 

"Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR