UEFA-dan “Qarabağ”a sərt xəbərdarlıq – Rəsmi

UEFA-dan “Qarabağ”a sərt xəbərdarlıq – Rəsmi

"Qarabağ" - "Dnepr" matçında yaşanan xoşagəlməz hadisələr UEFA nümayəndəsinin də diqqətindən yayınmayıb. 

Sport7.Az xəbər verir ki, söhbət təhlükəsizlik məsələlərinin tam olaraq yerinə yetirilməməsi və press-lojada yaşanan nöqsanlardan gedir. Bilet satışının düzgün təşkil olunmaması, azarkeşlərin stadiona girişi zamanı təhlükəsizliyin düzgün təşkil edilməməsi, eləcə də media ilə bağlı yaşanan problemlərə görə UEFA Ağdam klubuna xəbərdarlıq məktubu göndərib.

Məktub oyuna təyinat alan UEFA nümayəndəsinin qeydlərinə əsasən hazırlanıb. UEFA "Qarabağ" rəhbərliyinə xəbərdarlıq edib ki, dekabrın 11-də "İnter"lə oyunda bu nöqsanlara yol vermək olmaz. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR