UEFA AÇ-2020-də 5 əvəzetməyə icazə verib.
Sport7.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Eyni zamanda, 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AÇ-2020-nin 3 oyunu Bakıda baş tutacaq.
Sport7.az