Ukrayna klubunun futbolçusu millimizdən imtina etdi

Ukrayna klubunun futbolçusu millimizdən imtina etdi

Ukraynanın "Kremin" komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib.

Sport7.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Samir Əliyev deyib. 42 yaşlı mütəxəssis bildirib ki, 19 yaşlı yarımmüdafiəçinin ailəsi və özü ilə bir neçə dəfə danışıq aparılsa da, nəticə müsbət olmayıb: "Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də olub. Bir və ya iki toplanışda iştirak edib. 2019-2020-ci illərdə onun özü ilə əlaqə saxlamışıq. Hətta AFFA rəsmiləri Kiyevdə futbolçunun valideynləri ilə görüşüb. Lakin Tuqay Azərbaycan millisində oynamaq istəməyib. Valideynləri də buna qarşı olublar".

Baş məşqçi Əliyevin limit məsələsinə görə təklifi qəbul etmədiyini söyləyib: "Tuqay Azərbaycan vətəndaşlığını qəbul etsə, Ukraynada legioner sayılacaq. O, məhz bu amilə görə gəlmədi".

Ukraynada daha əvvəl Donetsk "Şaxtyor"u və "Mariupol"un formasını geyinmiş Tuqay Əlizadə hazırda II liqada mübarizə aparan "Kremin" klubununun heyətində yeni mövsümə hazırlaşır. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR