Ukrayna millisinin sabiq futbolçusu

Ukrayna millisinin sabiq futbolçusu "Sabah"da

"Sabah” heyətinə hücumçu qatıb.

 

Sport7.az xəbər verir ki, Masazır təmsilçisi Marko Deviçi geri qaytarıb. Klub Ukrayna millisinin sabiq üzvü (35 oyun, 7 qol) ilə mövsümün sonuna qədər anlaşıb.

 

2018/19 mövsümündə də "Sabah”da top qovan serb bu komandanın elitada ilk qolunun müəllifidi. Deviç ötən mövsüm "Sabah”da 21matç keçirib, 8 top vurub.


Marko karyerası ərzində "Zvezdara”, "Rad”, "Jeleznik”, "Vozdovats” (hamısı Serbiya), "Volın”, "Metallist” (Xarkov), "Şaxtyor” (hamısı Ukrayna), "Rubin”, "Rostov” (hər ikisi Rusiya), "Əl-Rayyan” (Qətər) və "Vaduts”da (Lixtenşteyn) oynayıb.

 

 

Hücumçunun son iş yeri "Vozdovats” olub.

 

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR