Ulduz futbolçu 39 yaşında karyerasını bitirdi

Ulduz futbolçu 39 yaşında karyerasını bitirdi

"Atletik"in təcrübəli futbolçusu Artiz Aduriz karyerasını bitirdiyini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, İspaniyada 8 mövsümdü ki, "Atletik"in formasını geyən 39 yaşlı futbolçu sağlamlıqla bağlı problemlər yarandığına görə bu addımı atdığını bildirib. O sosial media hesabı vasitəsilə verdiyi açıqlamada, "Zaman gəldi, təəssüf ki, vücudum artıq "yetər" deyir. Bəzən sən qərar verməsən də futbol səni buraxır. Dünən həkimlər əməliyyat olmağımın vacibliyini söylədi. Bugünün işini sabaha saxlamaq olmaz. Həyatımı ən yaxşı şəkildə yaşamaq üçün buduma protez taxılacaq" sözlərini söyləyib.
 
"Atletik" forması ilə 405 matçda 172 qola, 49 məhsuldar ötürməyə imza atan Aduriz, "Valensiya", "Malyorka" və "Valyadolid"də də oynayıb. 

13 dəfə millinin formasını geyən Artiz 2016-cı ilin dekabrında 35 yaş 275 günlük olarkən Makedoniya ilə matçda fərqlənməklə İspaniya yığmasında qol vuran ən yaşlı futbolçu kimi tarixə düşmüşdü.
 
Aduriz beynəlxalq yarışlarda meydana çıxdığı 773 matçda 285 qola imza atıb.
 
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR