"Uzun illər Xəzər Lənkəran"da çalışmaq istəyirəm" - Oğuz Çətin

"Çempionatda yaranan fasilədən yüksək səviyyədə istifadə etməyə çalışırıq. Oyunçuların fiziki göstəricilərini gücləndirmək üçün xüsusi proqramlar tərtib etmişik. Hazırlıq prosesi məni qane etsə də, daha çox çalışmalıyıq".

Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində  "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin deyib.

Çempionluq iddialarından danışan türkiyəli mütəxəssis "Xəzər Lənkəran"ın qış fasiləsinə qədər ən azı ilk "üçlük"də yer alacağına inandığını qeyd edib: "Hələ qarşıda oyunlar çoxdur.  Azərbaycan çempionatının iddialı komandaları göz önündədir. ”Xəzər Lənkaran”,”Qarabağ”,”Neftçi”,”İnter,  Bakı” və s. Biz bilirik ki, bu klubların hamsı son anacan çempionluq uğrunda mübarizə aparacaq.Çünki onlar bu gücə sahibdirlər. Ümid edirəm ki,qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edib çempionatın birinci yarısında ilk üçlükdə qərarlaşacağıq. Məqsədimiz qış fasiləsinə ən azı ilk "üçlük"də yollanmaqdır".
Klub rəhəbərliyi ilə münasibətlərindən söz açan O. Çətin onun üçün hər bir şəraitin yaradıldığını bildirib: "Xüsusilə başladığımız ilk günlərdə şərtlər daxilində

"Xəzər Lənkaran” üçün hər şey edildi. Getməli olan oyunçular getdi, lazım olanlar  kluba cəlb olundu. Biz də bunaların qarşılığını əlimizdən gələn qədər verməyə çalışırıq.

"Xəzər Lənkaran”a Türkiyədən futbolçu transfer etmək fikriniz varmı" sualını cavablandıran O.Çətin Türkiyədən oyunçu gətirməyin asan olmadığını deyib: "Türk futbolunu çox yaxşı bilirəm, oyunçuları da kifayət qədər tanıyıram.Ehtiyyacımız olsa və şərtlər uyğun gəlsə,  bu haqda düşünürəm. Ancaq Türkiyədə transfer qiymətləri çox yüksəkdi.Ona görə də bu iş elə də asan deyil".

O.Çətin müsahibələrinin birində "Fənərbaxça"da işləmək istəməsi ilə bağlı səsləndirdiyi fikrə aydınlıq gətirib: "Təbii ki, irəliləyən illərdə öz vətənimdə çalışmağı çox istəyirəm. Amma hələlik bütün diqqətimi "Xəzər Lənkaran”a yönəltmişəm. Çünki burada görəcəyim çox işlər var. Tək arzum bu klubda uğur qazanmaq və burda uzun illər çalışmaqdır".

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR