Vaqif Sadıqovun “dostları” millimizi sınağa çəkəcək

Vaqif Sadıqovun “dostları” millimizi sınağa çəkəcək

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, milli martın 26-da Bakı vaxtı ilə saat  19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Lixtenşteyn millisi tarixdə ilk qələbəsini Vaqif Sadıqovun çalışdırdığı Azərbaycan millisi üzərində qazanıb. Bu ölkənin gənclər yığması da ötən il Milan Obradoviçin rəhbərlik etdiyi U-21 millimizi məğlub etmişdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR