Velosiped idmanının iki növü Avropa oyunlarının proqrama daxil edildi

Velosiped idmanının iki növü Avropa oyunlarının proqrama daxil edildi

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib.

Sport7.az xəbər verir ki, bu haqda Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytında məlumat yerləşdirilib. Velosipedin dağ və BMX fristayl növləri proqramda yer alıb.

Bu növlərdən dağ velosipedçiliyi "Bakı 2015" I Avropa Oyunlarının proqramında da olub. Polşadakı hər iki yarış həm də Avropa çempionatı statusu daşıyacaq.

III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR