Velosipedçilərə vacib xəbər - FOTOLAR

Velosipedçilərə vacib xəbər - FOTOLAR

Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

Sport7.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 3 iyun Ümumdünya Velosiped Günü münasibətilə yayımladığı məlumatda bildirilib.

O cümlədən ADY-nin velosiped dayanacaqlarında parklanmanın ödənişsiz olduğu deyilib. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb.
 
Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR