"Vilyarreal" üçün Avroliqada tarixi zəfər - VİDEO

UEFA Avropa Liqasında final oyunu keçirilib.

Sport7.az xəbər verir ki, həlledici görüşdə İspaniya "Vilyarreal"ı ilə İngiltərə təmsilçisi "Mançester Yunayted" üz-üzə gəlib. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Bu üzdən hakimlər əlavə vaxta ehtiyac görüblər ki, burda da qalib müəyyənləşməyib. Nəhayət Avroliqanın qalibi penaltiləe seriyasında müəyyənləşib. Penaltilər seriyasında ümumilikdə 22 zərbə qeydə alınıb. Yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea dəqiq ola bilməyib və bundan saonra İspaniya klubu tarixində ilk dəfə Avroliqanın qalibi adını qazanıb.

Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqəni təmin edib.
 
UEFA Avropa Liqası, Final

23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (PENALTİLƏRLƏ - 11:10)
(Jerar Moreno, 29 - Edinson Kavani, 55)

Penaltilər seriyası
 
Jerar Moreno (1:0), Xuan Mata (2:0), Daniel Raba (2:1), Aleks Telles (2:2), Pako Alkaser (3:2), Brunu Fernandeş (3:3), Alberto Moreno (4:3), Markus Reşford (4:4), Daniel Parexo (5:4), Edinson Kavani (5:5), Moy Qomes (6:5), Fred (6:6), Raul Albiol (7:6), Daniel Ceyms (7:7), Fransis Koklen (8:7), Lük Şou (8:8), Mario Qaspar (9:8), Aksel Tuanzebe (9:9), Pau Torres (10:9), Viktor Lindelöf (10:10), Jeronimo Rulli (11:10), David De Xea (11:10)

 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR