Viynaldum Van Bastenlə Kuytu keçdi, Ronaldoya şərik oldu

Viynaldum Van Bastenlə Kuytu keçdi, Ronaldoya şərik oldu

Niderland millisinin kapitanı Jorjinyo Veynaldum yığmadakı qol sayını 25-ə çatdırıb.

Sport7.az xəbər verir ki, o, AVRO-2020-nin Şimali Makedoniya ilə qarşılaşmasında (3:0) dubla imza atıb. Bununla da futbolçu millidəki qol sayına görə Marko van Bastenlə Dirk Kuytu arxada qoyub. Jorjinyo Rafael van der Vartla bombardirlər siyahısında 13-cü yeri bölüşür.

Kapitan həm də AVRO-2020-nin bombardirliyinə şərik çıxıb. O, portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik kimi 3 dəfə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR