Vüqar Nadirov yeni vəzifəsindən danışdı - Açıqlama

Vüqar Nadirov yeni vəzifəsindən danışdı - Açıqlama

Xəbər verdiyimiz kimi, millimizin sabiq futbolçusu Vüqar Nadirov Regionlar Liqasında yarışan "Baku Sporting” klubunda idman direktoru vəzifəsinə təyin olunub. 

Futbolçu Sport7.az-a açıqlamasında təyinatı barədə bunları söyləyib: "Bu klub 1 ildir fəaliyyət göstərir. Ulduzlar ilə U-17 komandasının görüşü oldu. Oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arxasındakı stadionda keçirildi. Məni də bu matçda əməkdar artist Səlim Abbasov dəvət etmişdi. Bu əməkdaşlığı da elə Səlim Abbasov qurdu". 

Vüqar Nadirov qarşıdakı planları barədə isə, "Gələcək üçün işlər çoxdur. Nə qədər çox işləsək, bizə xeyirdir. Əlimizdən gələni etməyə çalışırıq. Futbolçu kimi az da olsa əməyimiz olub, istəyirik bu yöndə də xeyrimiz olsun", deyə bildirib. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR