"Xəzər-Lənkaran" 1/4 finalda

"Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 finalına yüksəlib. Sport7.Az saytının məlumatına görə, buna səbəb "Araz Naxçıvan”ın fəaliyyətini dayandırmasının rəsmiləşməsidi.
 
Ölkə kubokunun 1/8 finalında dağılmış klubla qarşılaşmalı olan cənublular birbaşa 1/4 finala yüksəliblər. Bundan əvvəlki mərhələdən də azad olan "Xəzər Lənkəran” kubokda mövsümə elə 8 ən güclü arasında başlayacaq. 

Bu isə klubun ənənəsinin davamıdı. Belə ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi çıxış etdiyi 10 yarışın hamısında 1/4 finalçılar arasında olub. Həmişəki kimi yenə bunu bacaran "Xəzər Lənkəran” 1/8 finalın "Şahdağ” – "İnter” matçının qalibini gözləyir. 

Qeyd edək ki, bunadək 10 dəfə 1/4, 8 dəfə 1/2, 5 dəfə finalda oynayan komanda 3 dəfə kuboka sahib olub.  

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR