"Xəzər Lənkəran" da "Neftçi"nin təklifini geri çevirdi

Lənkəran Şəhər Stadionunu təmiri ilə əlaqədar 13-cü turda reallaşacaq "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasının Bakıda keçiriləcəyi və "Neftçi"nin də buna müsbət yanaşması ilə bağlı sizə məlumat vermişdik.

Ancaq, "Neftçi" rəhbərliyi rəsmi olaraq cənubluların bu təklifinə yox deyib. Onlar bunu idman prinsiplərini qorumaq məqsədilə atdıqlarını bildirib. Paytaxt klubu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu "Xəzər Lənkəran"ın istifadəsinə verməyə də hazır olduqlarını bildirib. Bir şərtlə ki, ev sahibi Lənkəran təmsilçisi olsun. Yəni, "Neftçi" növbəti 2 oyunun Lənkəranda keçirilməsindən ehtiyat etdiyi üçün bu addımı atıb.

Sport7.Az xəbər verir ki, cənublular hal-hazırda stadion axtarışı ilə məşğuldur. Amma, dəqiq olan bir şey var ki, oyun İsmət Qayıbov adına Bakıxanov stadionunda keçirilməyəcək.

Cənublular buna razılıq vermək niyyətində deyil.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR