Yeniyetmə karateçilərimiz bugündən mübarizəyə başlayır

Yeniyetmə karateçilərimiz bugündən mübarizəyə başlayır

Yeniyetmə karateçilər 2-4 İyul tarixlərində Xorvatiyanın Poreç şəhərində rəsmi yarışlarda iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, 12-21 yaşadək idmançıların Dünya Kuboku və Gənclər Liqasında klublar, eləcə də yeniyetmə və gənclər seçmə komandalarının 59 idmançısı iştirak edəcək.  

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev və Şahin Atamov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıb. 

Dünya Karate Federasiyasının bu rəsmi turnirləri həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xüsusiyyəti daşıyır. Dünya kuboku və liqa yarışlarında 60-dək ölkədən 1700-ə yaxın karateçi iştirak edəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR