Yığmamızın sabiq baş məşqçisi Pele və Maradona ilə bir komandada

Yığmamızın sabiq baş məşqçisi Pele və Maradona ilə bir komandada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonası üzrə XX əsrin rəmzi komandasını açıqlayıb.

Sport7.az xəbər verir ki, rəmzi heyətdə Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Qapıçı: Amadeo Karriso (Argentina);
Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Fiqeroa (Çili);
Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina);
Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina).

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisində baş məşqçilik edib. Yığma onun rəhbərliyi altında 11 oyunda 8 dəfə məğlub olub. Alberto Torres 2016-cı ildə vəfat edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR