Yığmamızın üzvü

Yığmamızın üzvü "Barselona"ya qol vurdu, komandası uduzdu

Futzal üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

Sport7.az xəbər verir ki, millimizin üzvü Eduardonun da çıxış etdiyi "Aner-Villnev” (Fransa) "Barselona” (İspaniya) ilə qarşılaşıb. Matç Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

Fransa təmsilçisinin oyundakı yeganə qolunu Eduardo vurub. O, 9-cu dəqiqədə fərqlənib.

"Aner-Villnev” bu mərhələdə uduzmaqla turnirlə vidalaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR