Yığmanın sabiq baş məşqçisindən uğursuz ilk

Yığmanın sabiq baş məşqçisindən uğursuz ilk

İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellerdays karyerasında xoşagəlməz ilklə üzləşib.

Sport7.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 30 illik məşqçilik karyerasında ilk dəfə komandası ilə Premyer Liqanı tərk edib. Bu, "Vest Bromviç”in Çempionşipə yuvarlanması ilə gerçəkləşib.
 
35-ci turda "Arsenal”a məğlub olan (1:3) komanda Premyer Liqada qalmaq şansını itirib.

Sona üç tur qalmış 26 xala malik "Vest Bromviç” 19-cu sırada qərarlaşıb. Komandanı Premyer Liqada qalmaq hüququ verən 17-ci yerdən 10 xal ayırır.

Daha öncə "Şeffild Yunayted”in Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR