"Yuventus" fransalı futbolçu üçün danışıqlara başladı

"Yuventus" sabiq futbolçusu Pol Poqbanı geri qaytarmaqda israrlıdı.
 
Sport7.az xəbər verir ki, İtaliya klubu hazırda "Mançester Yunayted"in formasını geyən yarımmüdafiəçini transfer etmək istəyir. Turin təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün ingilislərlə danışıqlara başlayıb.

Poqba zədə səbəbindən bu mövsüm "Mançester Yunayted”də cəmi 8 matçda iştirak edib.
 
Fransalı yerımmüdafiəçi 2012-2016-cı illərdə "Yuventus"un formasını geyib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR