"Yuventus" İtaliya millisinin hücumçusu ilə müqavilə bağlayacaq

"Sassuolo"nun futbolçusu Manuel Lokatelli "Yuventus"a keçməyə çox yaxındır.

Sport7.az xəbər verir ki, Turin təmsilçisi iki gün ərzində bu transferi açıqlayacaq. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Lokatelli yeni klubunda illik 3 milyon avro maaş alacaq.

Hazırda Avropa çempionatında İtaliya millisinin düşərgəsində yer alan Manuel Lokatelli ötən mövsüm "Sassuolo"nın heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR