"Yuventus" Remzini satmaq istəyir

"Yuventus" Aron Remzini premyer-liqaya geri göndərmək haqqında düşünür.
 
Sport7.az xəbər verir ki, futbolçunun xidmətində "Kristal Pelas" və "Vest Hem" maraqlıdı. La Gazzetta dello Sport bildirir ki, hər iki klub futbolçunun mümkün transferilə bağlı artıq "Yuventus"la əlaqə saxlayıblar. Futbolçunun turinlilərlə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. Turin təmsilçisi Remzini satınalma opsiyası ilə birgə icarəyə göndərməyin də əleyhinə deyil.
 
Remzi 2019-cu ildə "Arsenal"dan azad agent statusu ilə "Yuventus"a qoşulmuşdu. Ötən iki mövsüm ərzində "Yuventus" forması ilə 65 dəfə meydana çıxan uelsli bu matçlarda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

"Yuventus"un Remzi ilə yollarını ayırma qərarı isə əsasən iki məsələ - zədəyə meyilliliyi və illik 7 milyon avro təşkil edən yüksək əmək haqqı ilə əlaqədardı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR