"Yuventus"un prezidenti postundan istefa verdi - Yeni yaradılan liqaya görə

"Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin (ECA) prezidenti vəzifəsindən və UEFA İcraiyyə Komitəsi üzvlüyündən istefa verib.

Sport7.az xəbər verir ki, buna ECA-nın Avropa Super Liqasının yaradılmasını dəstəkləməməsi səbəb olub. Superliqada iştirak edəcək 12 klubun hamısı bu qurumdan ayrılıb. Daha əvvəl ECA yeni turnirin yaradılması ilə bağlı bəyanət yayaraq, 246 ən yaxşı klubun təmsil edildiyi qurum kimi UEFA ilə işləmək öhdəliyini təsdiqləyib, Superliqanın yaradılması barədə qərara qarşı çıxıb.

İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real"ın prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb. Andrea Anyelli Avropa Super Liqasının sədri Peresin köməkçilərindən biridir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR