Zaur Axundovun yeni planı: “Keşlə” baş məşqçisini nə vaxt dəyişəcək?

Zaur Axundovun yeni planı: “Keşlə” baş məşqçisini nə vaxt dəyişəcək?

Yanvarın 24-də Yunis Hüseynov "Keşlə”nin baş məşqçisi postundan istefa verdi. Onun boşaltdığı yer isə Sənan Qurbanova nəsib oldu.

Sport7.az xəbər verir ki, Sənan Qurbanovun da "Keşlə”dəki günləri elə uzun sürməyə bilər. Bununla bağlı klubun formal Müşahidə Şurasısının rəhbəri, de-fakto prezidenti Zaur Axundovun özünəməxsus planı var.
 
Belə ki, Qurbanovla "Keşlə” arasında cəmi 5 aylıq, yəni hazırda davam edən mövsümün sonuna qədər müqavilə imzalanıb. Müqavilənin müddəti ilə bağlı məlumat "Rekord.az”a daxil olub. Sənan bəyin qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub ki, hazırda belə tapşırıq heç də real görünmür. Deməli, ən geci yayda "Keşlə” ilə Sənan Qurbanov yolları ayıracaq. Klubun hansısa uzunmüddətli strategiyasından söhbət belə gedə bilməz.

Bu isə o deməkdi ki, Zaur Axundov Sənan Qurbanova bel bağlamır. Qurbanovun "Keşlə”yə baş məşqçi təyin olunması AFFA-nın istəyi ilə baş tutub. Konkret olaraq, Elxan Məmmədovun belə bir tapşırığı var. Uğursuzluğa düçar olan klublar bir müddət yerli məşqçilərə tapşırılmalıdı. Bu siyasət isə bir güllə ilə iki quşun vurulmasına hesablanıb. Həm "AFFA yerli məşqçiləri işlə təmin etmir” tənqidləri azaldılacaq, həm də "bu da yerli məşqçilərin bacarığı, onların səviyyəsi aşağıdı” bəhanəsinə zəmin hazırlanacaq.

Tez-tez məşqçi dəyişməsiylə ad çıxaran Zaur Axundov da uzağı beş aydan sonra Sənan Qurbanovu istefaya göndərməklə yeni məşqçi axtarışına çıxacaq və sevimli əməllərinə davam edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR