"Zenit"dən möhtəşəm nəticə

"Zenit" klubu Rusiya Premyer Liqasında sona 2 tur qalmış çempion adını qazanıb.

Sport7.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi XXVIII turda "Lokomotiv"i darmadağın edərək, xalını 61-ə çatdırıb. Qarşılaşma 6:1 hesabıyla yekunlaşıb.
 
Bununla da Sergey Semakın baş məşqçi olduğu kollektiv ən yaxın izləyici "Lokomotiv"i 9 xal geridə qoyub.

Bu, "Zenit"in ardıcıl 3-cü, tarixdə 7-ci Rusiya çempionluğu olub. Piterlilər bu göstəricidə MOİK-i keçərək, birinci yerdə gedən "Spartak"a (10) yaxınlaşıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR