Zidan Fransa yığmasının hücumçusunu istəyir

Zidan Fransa yığmasının hücumçusunu istəyir

"Çelsi"nin futbolçusu Olivye Jiru karyerasını İspaniyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, "Real" fransalı hücumçunun xidmətində maraqlıdır. Forvard komandanı tərk edən Luka Yoviçi əvəzləməlidir. Hücumda rəqabəti artırmaq istəyən Zinəddin Zidan rəhbərlikdən yeni forvardın alınmasını xahiş edib. Qış fasiləsində gənc və məhsuldar oyunçu tapmaq çətin olduğundan madridlilər seçimini Jirunun üzərində dayandırıb.

"Çelsi"nin hazırda ən məhsuldar futbolçusu olan Olivye komandada qalıb-qalmayacağına qərar verməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR