Zidan millidən dəvət gözləyir

Zidan millidən dəvət gözləyir

"Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan millini çalışdırmaq fikrinə düşüb.

Sport7.az xəbər verir ki, "kral klubu”ndan yenicə ayrılan fransalı mütəxəssis daha klub çalışdırmaq fikrində deyil. Hazırda istirahətdə olan Zizu klublardan gələcək təklifləri rədd etmək qərarına gəlib. 49 yaşlı çalışdırıcının hədəfi Fransa millisinə rəhbərlik etməkdir. O, gələnilki dünya çempionatından sonra Didye Deşamın ayrılmasını gözləyəcək.

Zidan məşqçilik karyerası ərzində yalnız "Real”da çalışıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR