Zidan

Zidan "Real"dan getmək istəyir

"Real"ın baş məşqçisi utbol komandasının baş məşqçisi Zinəddin Zidan mövsümün sonuna yaxın vəzifəsindən getməyə qərar verib.

Sport7.az xəbər verir ki, İspaniya mətbuatı 48 yaşlı mütəxəssisin klubdan ayrılmaq istədiyini yazıb. Baş məşqçinin mənəvi və fiziki gərginlikdən yorulduğu bildirilir. Zidan komandanın İspaniya çempionu olub-olmayacağına rəğmən, klubu tərk etmək niyyətindədir.

Veteran futbolçu "Real" 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. "Kral klubu" fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm "Real" La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR