"Zirə"nin hazırlıq planı müəyyənləşdi

"Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub.
 
Sport7.az xəbər verir ki, komanda iyunun 24-də çalışmalara start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR