"Zirə"nin sumqayıtlılardan üstünlüyü

Aprelin 25-də Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
 
Sport7.az xəbər verir ki, "Zirə” eyni gündə keçiriləcək turda "Sumqayıt”la üz-üzə gələcək. İndiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gələn rəqiblər 23-cü duelə çıxacaq. Əvvəlki oyunlarda üstünlük qəsəbə təmsilçisinin tərəfindədir. "Zirə” 10 qələbə qazanıb və 6 heç-heçə edib. Digər 6 matçda "Sumqayıt" qalib gəlib. Bu üstünlük top fərqində də öz əksini tapıb. 29 qol vuran zirəlilər 21 top buraxıb.
 
"Zirə” öz meydanında "Sumqayıt”a qarşı keçirdiyi son 7 görüşdən qolsuz və xalsız ayrılmayıb. Ümumiyyətlə, 10 ev matçında 6 qələbə və 3 heç-heçəsi olan komanda yalnız bir dəfə uduzub. Bu oyunlarda 18 qol vuran futbolçular öz qapısından 10 top buraxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR