"Özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm" - Mahir Emreli

"Qarabağ"dan "Legiya"ya transfer olunan Mahir Emreli Polşa klubuna keçidindən danışıb.
 
Sport7.az xəbər verir ki, futbolçu təqdimat mərasimində bu sözləri deyib: "Legiya"ya gəlməyimin ən vacib səbəbi çempionluq uğrunda müntəzəm mübarizə və avrokuboklarda oynamaqla klubu inkişaf etdirmək istəyi idi. Polşa çempionatı Azərbaycan liqasından daha yaxşıdır və bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Bu klub hər zaman kuboklar uğrunda mübarizə aparır və ölkələrini Avropa yarışlarında təmsil edir. Hiss edirəm ki, burada Azərbaycandan daha çox inkişaf edə bilərəm. Bacarıqlarımı ortaya qoymaq və özümü digər klublara da göstərmək fürsəti qazanacağam. Polşa haqda çox şey eşitmişəm. Hər şəhərində bir neçə simvolik məqam və ziyarət etmək üçün gözəl yerlər var. Vaxtım olanda mütləq gəzəcəyəm. İndinin özündə oynamağa hazıram. Baş məşqçi mənə şans versə, özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm”.

"Legiya” ilə 3 illik müqavilə imzalayan Mahir Emreli Varşava təmsilçisində 11 nömrəli formanı geyinəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR