AFFA millimizə daha bir rəqib tapdı

AFFA millimizə daha bir rəqib tapdı
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Sport7.az xəbər verir ki, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl əsas yığmamız mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.
 
Sport7.az

Xəbər lenti