"Arsenal"ın Sançes üçün 2 şərti var

"Arsenal" bu il klubun sıralarını tərk edəcəyi deyilən futbolçusu Aleksis Sançesin transferi üçün 2 şərt qoyub.
 
Sport7.az xəbər verir ki, "topçular" Sançesə yalnız layiqli təklif ola biləcəyi və onu hücumda əvəzləyəcək oyunçu tapacağı təqdirdə klubdan ayrılmaq izni verəcək. 
 
BBC-nin məlumatına görə artıq "Arsenal" Sançesi hücumda əvəzləyəcək bir futbolçunu da gözaltı edib. Söhbət "Bordo"nun hücumçusu Malkomdan gedir. Fransız klubu braziliyalı hücumçuya 50 milyon avro qiymət qoyub. 
 
Sançesi heyətində görmək istəyən klub isə "Mançester Siti"di. İngiltərə mətbuatının yazdığına əsasən "Şəhərlilər"i Sançes üçün "Arsenal"a 20 milyon, futbolçuya isə həftədə 250 min avro təklif ediblər. Ancaq klub hələ cavabını açıqlamayıb.
 
Sport7.az

Xəbər lenti