“Barselona” yeni rekorda imza atdı

“Barselona” yeni rekorda imza atdı
İspaniya La Liqasının 32-ci turunda "Valensiya”nı qəbul edən "Barselona” 2:1 hesablı qələbə qazanıb.
 
Sport7.az xəbər verir ki, bu matç Kataloniya təmsilisi üçün əlamətdar olub. 
 
Belə ki, bu qələbə ilə "Barselona" yeni rekorda imza atıb. Komandanın məğlubiyyətsiz oyun seriyası 39-a çatıb.

Qeyd edək ki, daha əvvəl rekord "Real Sosyedad” klubuna məxsus idi (38). "Barselona” 39 oyunda 32 qələbə qazanıb və 7 heç-heçə edib. "Real Sosyedad” isə 22 qələbəyə sevinib və 16 dəfə meydanı heç-heçə ilə tərk edib.

Sport7.az

Xəbər lenti