"eTopaz"dan şad xəbər: Minimum mərclər 1 manat oldu

Azərbaycanda mərc oyunlarının qanuni elektron ünvanı www.etopaz.az müştərilərinin daha rahat oynaması üçün daha bir addım atıb.

Sport7.az xəbər verir ki, Rusiyada bu gün startı veriləcək dünya çempionatı öncəsi müştərilər üçün gözəl sürprizdir. Belə ki artıq bu gündən etibarən "eTopaz" müştəriləri minimum mərci 2 manat deyil, 1 manata edə biləcəklər.

2015-ci ilin dekabr ayından bütün "Topaz" sistemində minimum mərc 2 manat təyin olunmuşdu. 12 iyun 2018-ci ildə isə "Topaz" Bakıdakı dilerləri üçün minimum mərcin 3 manata qaldırılması ilə bağlı qərar qəbul etdi. Ancaq elektron diler olan "eTopaz"da minimum mərc 1 manata endirildi.
 
Sport7.az     

Xəbər lenti