Kənd əhalisinin iki misli tutumunda stadion tikdirdi - Fanat prezident

12 Yanvar 2018, 16:25
12 Yanvar
2018
16:25
213
Macarıstanın millətçi mühafizəkar prezidenti Viktor Orban futbol fanatıdı.
Sport7.az xəbər verir ki, Orban bir zamanlar dünyada söz sahibi olan macar futbolunu yenidən ayağa qaldırmağa çalışdığını söyləyir. Müxaliflər isə ölkədə xeyli problemlər varkən stadion və bənzər qurğular inşa etmək kimi idman fəaliyyətlərinə böyük pullar xərcləməyə qarşıdı.
Ən böyük mübahisə mövzularından biri də Orbanın Felkust kəndində inşa etdirdiyi stadion və burda formalaşdırdığı futbol komandasıdı. Kənd əhalisinin sayı 1800 nəfərə yaxındı. 2014-cü ildə inşa edilən "Panço Arena" adı verilən stadion isə 3800 tamaşaçı tutumuna malikdi. Başqa sözlə bütün kənd əhalisi işi-gücü buraxıb oyuna getsə belə stadionun yarısından çoxu boş qalır.
Kəndi təmsil edən komandanın adı isə Macar futbolunun əfsanəsi Ferenç Puşkaşdan gəlir. 2007-də qurulan "Puşkaş Akademia" adlı komanda bu gün Macarıstanın ən yüksək liqalarında mübarizə aparır. Əslində isə Puşkaşın bu kəndlə heç bir əlaqəsi yoxdu.
Komandanın oyunlarına orta hesabla 400 nəfər gedir. Bunların da yarısı Macarıstanın oliqarx və siyasətçiləridi. Dövlətin güclü isimləri stadiondakı oyunlarda özlərini daha yuxarılara daşıyacaq insanlarla əlaqə qurmağa çalışır. Ölkədə rüşvətxorluqla mübarizə aparan bir siyasətçi, Qyula Muçsi bu durumu belə izah edir: "Futboldan nifrət etsəniz belə bu oyunlara getmək məcburiyyətindəsiz. Çox para tələb edən böyük inşaat və aşağı yaş qrupları üzrə layihələrlə bağlı qərarlar burda verilir".
Orban gəncliyində yarımpeşəkar şəkildə futbol oynayıb. O prezidentlik etdiyi dönəmdə də dostları ilə oynayır. Orbanın bu futbol sevgisini həddindən artıq qiymətləndirən yaxınları da var. İngiltərənin ən ünlu nəşrlərindən olan "Guardian"a danışan bir dostu, stadion inşa ediləcəyini ilk eşidəndə "Buna gərək varmı?" deyə düşündüklərini söyləyib. Adı açıqlanmayan şəxs "Bu onun uşaqlıq arzusudu. Futbol fanatıdı. Amma bu stadionun yerinin doğru olduğunu düşünmürəm. 10 və ya 20 il içində bu stadionun durumu nə olacaq? Doğru qərar deyildi" söyləyib.
Macarıstan prezidenti o qədər həvəslidi ki, bəzən gündə 6 oyun izləyir. Prezident olaraq ölkə xaricinə ilk səfəri Parisdə keçirilən 1998-ci ilin dünya çempionatının finalı olub. Onun yaxınlarının verdiyi məlumata görə həmin vaxtdan bəri bir dəfə də olsun dünya çempionatının və Çempionlar Liqasının finalını qaçırmayıb.



Sport7.az
Xəbər lenti
-
00:46Çempionlar Liqası: "Liverpul"dan darmadağın
-
22:32Karateçilərimiz İstanbulda üç qızıl medal qazanıblar
-
22:06"Qəbələ" - "Qarabağ" matçı Bakıda keçirilə bilər
-
17:56Ən çox qazanan futbolçu və məşqçinin adı açıqlandı
-
17:32Formula 1 azarkeşlərini möhtəşəm şoular gözləyir - “Baku Crystal Hall”da
-
17:03İqor Tudor özünə iş tapdı
-
16:44İdmançılarımız Antalyada altı medal qazanıblar
-
16:20Birinci liqada təyinatlar açıqlandı
-
15:31Premyer Liqa və I Divizion oyunları "CBC Sport"da
-
14:51Adebayordan intihar etirafı
-
14:37Əmrah Çəlikəl: "Beşiktaş"la oyunun sentyabrda ..."
-
14:21Salah üçün astronomik təklif
-
13:55"Qarabağ" - "Beşiktaş" oyununun yeri və tarixi açıqlandı
-
13:3125-ci turun oyun cədvəli açıqlandı
-
13:13Günün oyunları bu kanallarda - AFİŞA
-
12:51I Divizion: Bütün görüşlər eyni saatda
-
12:39Millimizin heyəti açıqlandı
-
12:37"Xəmsə" Adil Məmmədova görə bəyanat yaydı
-
12:23Turun oyunları 3 günü əhatə edəcək
-
12:01Kubokun təyinatları açıqlandı
-
11:52Ruslan Abışov: “Qolumu qardaşımın yenicə doğulmuş oğluna həsr edirəm”
-
11:33"Qarabağ" belə uduzdu - VİDEO
-
11:16“eTopaz”da günün canlı oyunları
-
10:56"Cenoa"dan qələbə - VİDEO
-
10:43İlham Əliyevdən yeni sərəncam: "Sumqayıt" rəsmisi nazir oldu
-
10:27"Everton"a 1 qol yetdi - VİDEO
-
10:06"Topaz"da bu gün
-
09:19"Atletik" evdə uduzdu - VİDEO
-
09:07"Fənərbaxça" 3 xalı 4 qolla qazandı - VİDEO
-
22:58Leo Turini “Mersedes”də vəziyyətlə bağlı fikirlərini bölüşüb
-
22:40"F1" çempionu akademiya açıb
-
22:23Millimiz turnirə heç-heçə ilə başladı
-
22:07"Qarabağ" və "Qəbələ" məğlub oldu
-
18:11Ramil Şeydayev ilin ən yaxşı futbolçusu seçildi - FOTO
-
17:59"Qəbələ" çempion oldu
-
17:24Karateçilərimiz təlim-məşq toplanışına başlayıblar
-
17:11Əliyar Ağayev: "Kollina bizi təbrik etdi"
-
16:4824 ildən sonra gələn çempionluq
-
16:22“Lokomotiv” Super Liqanın qalibi oldu
-
15:53"Trabzonspor" bu futbolçuları göndərəcək
24 Aprel 2018
23 Aprel 2018
Digər xəbərlər
-
Dünya Futbolu, Maraqlı, Foto
Qalmaqal - "Napoli"nin baş məşqçisindən "Yuve"li azarkeşlərə... - FOTO
-
Dünya Futbolu, Maraqlı, Foto
Felipe Melo yenə aləmi qarışdırdı - FOTO
-
Dünya Futbolu, Maraqlı, Foto
Braziliyaya qələbə gətirən futbolçu 4 il öncə bu işlə məşğul idi - FOTOLAR
-
Dünya Futbolu, Maraqlı, Foto
Həvəskarların oyununda minlərlə azarkeş - FOTOLAR
-
Dünya Futbolu, Maraqlı, Foto
"Fənər"lə belə məzələndilər - FOTOLAR
-
Dünya Futbolu, Maraqlı, Foto
Useyn Bolt "Borussiya" ilə məşq etdi - FOTOLAR
-
Dünya Futbolu, Maraqlı, Foto
Neymarın yeni saç stili - FOTO
-
Dünya Futbolu, Maraqlı, Foto
Azarkeşlər buna təəccübünü gizlədə bilmədi - FOTO
-
Dünya Futbolu, Maraqlı, Foto
Prezidentə qarşı kobud oynayan futbolçular həbs olundu