"Liverpul" onu da yolladı

"Liverpul"un heyətində növbəti ayrılıq yaşanıb.
 
Sport7.az xəbər verir ki, komanda daha bir futbolçusunu icarəyə göndərib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın üzvü Denni İnqz gələn mövsüm "Sauthempton"da çıxış edəcək. 

Qeyd edək ki, 2015-ci ildə "Bernli"dən "Liverpul"a keçən ingiltərəli futbolçu 25 oyuna 4 qol vurub. O, uzun müddət zədəli olduğu üçün meydana çıxmaq şansı qazana bilməyib.
 
Sport7.az

Xəbər lenti