Mancukiç qələbəni dəyərləndirdi: "Bu möcüzədir"

Mancukiç qələbəni dəyərləndirdi:
DÇ-2018-in yarımfinalında Xorvatiya İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala adlayıb. 

Sport7.az xəbər verir ki, matçdan sonra xorvatların hücumçusu Mario Mancukiç oyun haqda fikirlərini səsləndirib. 

"Bu möcüzədir! Biz nə etdiyimizi hələ də dərk edə bilməmişik. Ancaq böyük komandalar  belə turnirdə ürəklə oynayıb qəhrəman ola bilərlər. Düşünürəm ki, Xorvatiyanın hər yerində bayramdı. Ən çox təzyiqi Rusiya və Danimarka ilə oyunda hiss elədik. İndi isə futbolun zövgünü çıxarırıq", deyə futbolçu "hr.n1info.com" saytıan açıqlamasında bildirib. 
 
Qeyd edək ki, Xorvatiya finalda Fransa millisi ilə qarşılaşacaq. 

Sport7.az


Xəbər lenti