Millimizin Gürcüstanla oyunu ləğv olundu

Millimizin Gürcüstanla oyunu ləğv olundu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək milli komandamızın hazırlıq proqramında dəyişiklik olub.

Sport7.az xəbər verir ki, Gürcüstan millisinin  Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Qeyd edək ki, millimizin yanvarın 30-da Moldova ilə yoxlama oyunu nəzərdə tutulub.
 
Sport7.az

Xəbər lenti