"Qarabağ" Poltavada aksiya təşkil edəcək

Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynada "Vorskla"nın qonağı olacaq "Qarabağ" 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar aksiya keçirəcək.
 
Sport7.az xəbər verir ki, bu haqda klub məlumat yayıb. Belə ki, aksiya çərçivəsində matçı stadiondan izləyəcək Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunacaq.
 
Matçı stadiondan 400-ə yaxın azərbaycanlı azarkeşin izləyəcəyi gözlənilir.  
 
Aleksey Butovski adına stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 24:00-da təşkil olunacaq.
 
Sport7.az

Xəbər lenti