Vaqif Sadıqov: "İnanmıram ki, kimsə buna qısqanc yanaşacaq"

Vaqif Sadıqov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov Lənkəranda bu yaxınlarda təsis edilmiş "Xan Lənkəran" futbol klubu ilə bağlı fikirlərini bölüşüb. 

Vaxtilə Lənkəranda çalışmış Vaqif bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Eşitmişəm, bununla bağlı heç kimə rəsmi müraciət olunmadığı üçün heç nə deyə bilmərəm. Bu sevindirici haldı ki, hansısa bölgələrdə futbol klubu yaradılır. Azərbaycan futbolunun xeyrinə olan bir addımdı.

Münasibətim müsbətdi. Biz həmişə onlara işlərində, fəaliyyətində dəstək olub, təkan verə bilərik. Ən vacibi odu ki, Azərbaycan futboluna xidmət etmək istəyən, öz bölgələrini sevən insanlardı. Dərin məlumatım olmasa da, bu addımın məqsədi Azərbaycan futbolunun inkişafına dəstək verməkdi. Niyyətləri xoşdusa, biz ancaq və ancaq onları dəstəkləyə bilərik.

Xoş niyyətlə yaradılan klubu necə qəbul etmək olmaz? Cənub zonanı təmsil edəcək hər hansı bir komandanın yaradılmasına inanmıram ki, kimsə qısqanc yanaşacaq. Bu ümumi bölgələrə və görülən işlərə bir yardımdı".

Sport7.az

Xəbər lenti