Xaqani Məmmədov hakimliyə qayıtdı - FOTO

Xaqani Məmmədov hakimliyə qayıtdı - FOTO
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yetirmələrinin işindən narazıdı. Elə bu səbəbdən özü yaşıl meydanlara qayıdıb, necə hakimlik etmək lazım olduğunu əyani göstərmək istəyir.
 
Dünən ölkə kubokunun ilk yarımfinal oyunlarından birinin 4-cü hakimi məhz Xaqani bəy idi. Yəqin, "Sumqayıt”la "Keşlə” arasındakı cavab matçında əlinə fit də alar. Lakin Məmmədov bu işə könüllü qol qoymayıb. O, hakim-inspektor kimi getdiyi "İnter Arena”dakı matçda buna "məcbur edilib”.

 
Zarafat öz yerində, oyunların yayım hüququnu qamarlayan "CBC Sport”un, bu, ilk belə yanlışı deyil. Telekanal matçlar zamanı həddən artıq səhvlər buraxır, işə məsuliyyətsiz yanaşır. Dünən də Xaqani bəyin oyunun 4-cü hakimi kimi təqdim olunması saysız xətalardan biri idi. Kanalın rəhbəri Volkan Üst "İdman Azərbaycan”ın acığına öküz yox, sumo yarışlarını izləyərkən, əməkdaşları da komitə sədri ilə belə məzələnirdi.
 
"Keşlə” – "Sumqayıt” matçındakı digər xəta qarşılaşmanın çempionat oyunu kimi təqdim edilməsi idi. Kubok çərçivəsindəki görüş ekranlara Topaz Premyer Liqasının növbəti matçı kimi gətirilmişdi. (Futbolinfo.az)
 
Sport7.az


Xəbər lenti